Bank Of Baku

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40 min nəfərdir

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40 min nəfərdir
# 24 iyul 2010 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. 2010-cu il iyul ayının 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 337,4 min nəfər olub, onlardan 4 078,1 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu ilin yanvar-may aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 336,8 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 849,2 min nəfər, qeyri-dövlət bölməsində 468,5 min nəfər olmaqla, orta siyahı sayı 1 317,7 min nəfər olub.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,2%-i məhsul istehsalı - 2,6%-i mədənçıxarma sənayesində, 5,6%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,5%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub.

Xidmət sahəsində çalışanların 26,2%-i təhsil, 20,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 10,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmləşib.

Cari ilin iyul ayının 1-nə olan vəziyyətə əsasən məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40 min nəfər olub ki, onların 43,5%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR