Bank Of Baku

Dükanlarda xeyli saxta alkoqollu içki aşkarlanıb

Dükanlarda xeyli saxta alkoqollu içki aşkarlanıb
# 24 iyul 2010 13:54 (UTC +04:00)
İdarədən APA-nın qərb bürosuna verilən məlumata görə, yoxlamalar zamanı dükanlardan xeyli sayda yerli və xarici ölkələrin istehsalı olan müxtəlif adda saxta araqlar aşkar edilib. İlkin araşdırma zamanı əksər spirtli içkilərin sertifikatsız olduğu üzə çıxıb.

Tanınmış yerli və xarici araq markalarından istifadə edərək saxta məhsulları dükanlara paylayan “sahibkarların” kimliyi isə məlum olmayıb. Şübhəli spirtli içkilərin laborator analiz üçün götürülən nümunələrində insan sağlamlığı üçün zərərli toksikoloji maddələr aşkar edilib.

Qeyd edək ki, laborator analizlər tam başa çatdıqdan sonra bir neçə adda olan belə spirtli içkilərin satışına qadağa qoyulacaq və bu saxta məhsulların satışını həyata keçirən dükan sahibləri cəzalandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR