Bank Of Baku

Azərbaycan ali məktəblərinə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycan ali məktəblərinə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
# 26 iyul 2010 06:33 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticələr iyulun 25-də saat 15:30-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.

Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizə verib, onlardan 27395 nəfəri imtahanda iştirak edib.

Bu ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər.
II ixtisas qrupu üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

TQDK-dan o da bildirilib ki, imtahanının nəticəsinə əsasən, 9069 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Abituriyentlərdən iki nəfəri maksimal nəticə - 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 518 nəfərdir.

Müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 9069 abituriyentdən 7680 nəfəri Azərbaycan bölməsinin, 1389 nəfəri isə rus bölməsinin məzunudur. II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
II ixtisas qrupu üzrə plan yerlərinin ümumi sayı 7348-dir. Onlardan 2050-si dövlət sifarişi ilə qəbul aparılan yerlərdir. Azərbaycan bölməsi üzrə yerlərin sayı 5041, rus bölməsi üzrə 1200, birgə müsabiqə aparılan yerlərin sayı isə 1107-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR