Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 1601 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 1601 akt və protokol tərtib olunub
# 26 iyul 2010 07:09 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin ötən altı ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilən qanun pozuntularına görə 1601 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 497 göstəriş verilib. Ümumilikdə 437 iş üzrə 2241593,17 manat məbləğində cərimə tətbiq edilib, ondan 114968 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 317 iş üzrə 633422,18 manat məbləğində iddia qaldırılıb, ondan 48824 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 1780 iş üzrə 904737,31 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 346058 manatın ödənilməsi təmin olunub.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 65 işdən 17-nə, məhkəmələrə göndərilib 109 işdən 21-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülüb
Su ehtiyatlarının mühafizəsi üzrə 150 akt və protokol tərtib olunub və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün 75 icrası məcburi olan göstəriş verilib.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 295 akt və protokol tərtib olunub.

Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 120 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 12 icrası məcburi olan göstəriş verilib.
Tullantıların idarə olunması sahəsində aşkar olunmuş qanun pozuntularına görə 357 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 172 icrası məcburi olan göstəriş verilib.
Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 593 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR