Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
# 26 iyul 2010 09:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 35-39, axşam 28-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 27-də şimal-şərq küləyi əsəcək. Gecə 26-28, gündüz 36-39, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

İyulun 28-də şimal-şərq küləyi əsəcək. Gecə 26-28, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

İyulun 29-da şimal-şərq küləyi əsəcək. Gecə 26-28, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava günəşli olacaq, şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-18, gündüz 26-31 dərəcə isti qeydə alınacaq.

İyulun 28-29-da şərq küləyi əsəcək. Gecə 23-28, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üçün riskli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR