Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu başa çatıb

QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu başa çatıb
# 26 iyul 2010 13:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iyunun 24-də elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə ərizələrin qəbulu 23 iyul saat 17.00-da başa çatıb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumi fondu 175 000 manat olan müsabiqəyə ölkə QHT-lərindən 210 layihə təklifi daxil olub. Hazırda Şuranın Katibliyi müsabiqəyə daxil olmuş layihə təkliflərinin ilkin seleksiyası və ekspertizaya hazırlanması ilə məşğuldur.
Müsabiqənin nəticələri sentyabrın 1-dən sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR