Bank Of Baku

Bu il Azərbaycanda məşğulluq xidməti orqanlarına 21 min 416 iş axtaran vətəndaş müraciət edib

Bu il Azərbaycanda məşğulluq xidməti orqanlarına 21 min 416 iş axtaran vətəndaş müraciət edib
# 26 iyul 2010 13:53 (UTC +04:00)
Onlardan 11 159 nəfəri işlə təmin edilib, 815 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, cari ilin 6 ayında məşğulluq xidməti orqanları tərəfindən 2 310 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 1227 nəfəri Bakı və Naxçıvan şəhər, eləcə də Göyçay rayon regional peşə tədrisi mərkəzlərində peşə hazırlığı kurslarına cəlb olunublar. Eyni zamanda məhkumluq müddətinin bitməsinə az qalmış 45 nəfər “Elektrik qaz qaynaqçısı”, “Avtomobilin təmiri üzrə çilingər” peşələri üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Hesabat dövründə 10 şəhər və rayonda əmək yarmarkaları keçirilib. Bu yarmarkalarda 361 müəssisə tərəfindən 3063 boş (vakant) iş yeri təqdim olunub, 861 nəfər işsiz vətəndaş münasib işlərlə təmin edilib. Tədbirlərdə 97 nəfər peşə hazırlığı kurslarına, 90 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 1 888 işsiz vətəndaş, o cümlədən 1020 nəfər qadın, 896 nəfər gənc, 82 nəfər qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub. Bununla yanaşı, cari ilin ilk 6 ayı ərzində Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına köməklik məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlərdə 494 müəssisə tərəfindən 3535 boş (vakant) iş yeri təqdim edilib və 271 nəfər tələbə və məzun münasib işlərlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR