Bank Of Baku

Bu ilin 6 ayında cənub bölgəsində daha çox Lənkəranda narkotik vasitə aşkarlanıb

Bu ilin 6 ayında cənub bölgəsində daha çox Lənkəranda narkotik vasitə aşkarlanıb
# 26 iyul 2010 14:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub bölgəsi üzrə regional şöbəsi tərəfindən bu ilin 6 ayında 19 cinayət faktı ilə bağlı 16 nəfər məsuliyyətə cəlb edilib ki, onlardan 1-i İran vətəndaşıdır. Bu barədə APA-nın yerli bürosuna BNMİ-nin Cənub bölgəsi üzrə regional şöbəsindən məlumat verilib. Məlumata görə, 19 faktın 10-u satış, 7-si saxlama, 1-i əkin, 1-i isə qaçaqmalçılıqla bağlı olub. Həmin faktlar üzrə 2 kiloqram 6,67 qram marixuana, 48,676 qram tiryək, 8 qram heroin müsadirə olunub, 25 ton yabanı xaş-xaş bitkisi yandırılaraq məhv edilib. Regional şöbədən onu da bildiriblər ki, 2009-cu ilin 6 ayı ilə müqayisədə bu il 23 cinayət faktı az aşkarlanıb. Belə ki, ötən ilin birinci yarımilliyində 42 fakt üzrə 111 kiloqram 661 qram narkotik vasitə tutulub.

BNMİ-nin Cənub bölgəsi üzrə regional şöbəsindən bu il qeydə alınan cinayət faktlarının azalmasına aydınlıq gətirilərkən bildirilib ki, buna səbəb görülən profilaktik tədbirlər, gücləndirilmiş iş rejimidir. Cənub bölgəsi üzrə ən çox -16 cinayət faktı Lənkəran rayonunda, ən az cinayət faktı isə - 6 fakt Yardımlı rayonunda və 1 hadisə Salyan rayonunda qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR