Bank Of Baku

Bu il Azərbaycanda ilk dəfə 7 abituriyent 700 bal toplayıb

Bu il Azərbaycanda ilk dəfə 7 abituriyent 700 bal toplayıb
# 27 iyul 2010 08:51 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, 700 bal toplayanların ikisi I, ikisi II, üçü IV ixtisas qrup üzrə sənəd verənlərdir. Bu il III ixtisas qrupu üzrə maksimal nəticə göstərən olmayıb.
E. Nağızadə deyib ki, qəbul imtahanlarında ilk dəfə 700 bal 2008-ci ildə toplanılıb. Həmin ilki qəbul imtahanlarında 6 nəfər mümkün olan ən yüksək nəticəni əldə edib. Ötən ilki imtahanlarda isə 2 nəfər 700 bal toplaya bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR