Bank Of Baku

AMEA-nın Tarix İnstitutunda “Borçalı tarixi” şöbəsi yaradılıb

AMEA-nın  Tarix İnstitutunda “Borçalı tarixi” şöbəsi yaradılıb
# 27 iyul 2010 10:05 (UTC +04:00)
Bu barədə APA-ya Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev bildirib. Onun sözlərinə görə, tarixçi alim gürcüstanlı gənc tələbə və gənclər təşkilatlarının nümayəndələrinə Azərbaycanın dünyanın ən qədim ölkəsi olduğunu deyib. O, Gürcüstanda yaşayan azərbaycanlıların tarixinə də toxunub. Alim deyib ki, Gürcüstan azərbaycanlıları aborigen xalqdır: “Onların yaşadıqları torpaqlar soydaşlarımızın özlərinə məxsusdur. Bunu tarix də təsdiq edir”.

Görüş zamanı gürcüstanlı gənclər “Gürcüstan tarixi” dərsliyində Azərbaycanla bağlı tarixi faktların səhv verildiyini vurğulayıblar. C. Bəhramov bu faktların araşdırılmamasına görə, Gürcüstanda yaşayan azərbaycanlı ziyalılara da öz iradını bildirib: “Tariximizi birgə araşdırmalıyıq. İndi Borçalı tarixini tarixçi alim Kərəm Məmmədov işləyir. Tarix İnstitutunda “Borçalı tarixi” şöbəsi açılıb. Biz bu diyarın tarixinin araşdırılması ilə məşğul olacağıq ”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR