Bank Of Baku

Azərbaycanda gələn ildən ünvanlı sosial yardımların verilmə mexanizmində yeniliklər olacaq

Azərbaycanda gələn ildən ünvanlı sosial yardımların verilmə mexanizmində yeniliklər olacaq
# 28 iyul 2010 08:46 (UTC +04:00)
APA-nın məlumatına gtörə, bu barədə ƏƏSMN-in şöbə müdiri Natıq Qasımov bu gün ünvanlı sosial yardımlara həsr edilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələn ildən aztəminatlı ailələrə sosial xidmətin göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədi ilə vətəndaşlarla sosial müqavilələrin bağlanması nəzərdə tutulur.

Eyni zamanda, yardımların verilmə prosesində də yeniliklər olacaq. Məqsəd ailələrin yoxsulluğuna təsir edən amilləri aradan qaldırmaqla tədricən özünütəminetməyə şərait yaratmaqdır. Bunlardan əlavə, Dünya Bankının tövsiyəsi ilə 2 pilot rayonda - Quba və İsmayıllıda özünütəminetmə proqram layihəsinin 1 il müddətinə sınaqdan keçirilməsi planlaşdırılır. N.Qasımov deyib ki, gələn ildən pilot rayonlarda ailələrə bir il üçün nəzərdə tutulan ünvanlı sosial yardım əvvəlcədən veriləcək. Bunun üçün ailələr nazirliyə biznes planlarını təqdim etməlidir.

Qeyd edək ki, tədbirdə Gəncə və Ağstafa Əhalinin Sosial Müdafiə mərkəzləri ilə ünvanlı sosial yardımların verilməsi prosesi ilə bağlı canlı bağlantı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR