Bank Of Baku

Azərbaycan ərazisində istilər davam edəcək, paytaxtda 41, bəzi rayonlarda isə 42 dərəcə isti olacaq

Azərbaycan ərazisində istilər davam edəcək, paytaxtda 41, bəzi rayonlarda isə 42 dərəcə isti olacaq
# 28 iyul 2010 10:34 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 35-39, bəzi yerlərdə 41, axşam 27-29, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

İyulun 29-da şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq .

İyulun 30-da şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

İyulun 31-də şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 24-27, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

İyulun 30-31-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR