Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin problemlərini videobağlantı ilə araşdıracaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin problemlərini videobağlantı ilə araşdıracaq
# 28 iyul 2010 11:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilk dəfə olaraq, yerli mərkəzlərlə canlı əlaqə saxlamaq üçün videobağlantı sistemi yaradılıb. APA-nın məlumatına görə, ƏƏSMN-in mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli jurnalistlərə açıqlamasında deyib ki, əvvəllər nazirliyin əməkdaşları məsələləri araşdırmaq üçün rayonlara ezam olunurdular. Bu, vaxt itkisi yaradaraq problemlərin operativ həllinə imkan vermirdi. Yeni sistemin tətbiqi sayəsində isə ƏƏSMN işçiləri artıq işdən ayrılmadan nazirliyin yerli strukturları ilə əlaqə yarada biləcək. Hazırda belə videokonfranslar Gəncə və Göyçayın yerli mərkəzləri ilə təşkil olunur. Bununla yanaşı, artıq Naxçıvan Muxtar Respublikasında da bu sistem yaradılıb. Gələcəkdə isə respublikanın bütün rayon və şəhər mərkəzlərində bu yenilik tətbiq ediləcək.

E.Kələntərli bildirib ki, nazirlik vətəndaşları da videokonfranslara dəvət etməyi nəzərdə tutur: «Əhaliyə ünvanlı sosial yardımların verilməsi, əlillik dərəcələrinin təyini, xaricdə müalicə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin paylanılması, avtomobillərin verilməsi kimi məsələlərdə bəzi problemlər yaranır. Vətəndaşlar bu problemləri həll etmək üçün uzaq rayonlardan Bakıya gəlməli olurlar. Videobağlantı sistemi rayonlarda tətbiq ediləndən sonra gələcəkdə belə videokonfranslar vasitəsilə vətəndaşların da problemləri onlarla birgə araşdırılaq. Bu, işlərin operativ həllinə imkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR