Bank Of Baku

QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edilib

QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edilib
# 28 iyul 2010 13:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə mərkəzi televiziyalar, igündəlik qəzetlər, informasiya agentlikləri iştirak edə bilərlər. Televiziyalar üzrə: I mükafat – 1000 AZN, II mükafat – 800 AZN, III mükafat - 600 AZN
2 həvəsləndirici mükafat – hər biri 300 AZN. Gündəlik qəzetlər üzrə I mükafat – 1000 AZN, II mükafat – 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat – hər biri 200 AZN. İnformasiya agentlikləri üzrə I mükafat – 1000 AZN, II mükafat - 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat – hər biri 200 AZN. Müsabiqə 1 avqust – 1 dekabr dövrünü əhatə edəcək.
Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcək.
Müsabiqənin nəticələri 15 dekabr 2010-cu ildən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR