Bank Of Baku

Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Bakıya gəlib

Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Bakıya gəlib
# 29 iyul 2010 08:36 (UTC +04:00)
Bakı-APA. Avropa Gənclər Kartı Assosiasiyasının prezidenti Volfgang Şık və direktoru Marcel Hagman Bakıda səfərdədirlər. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səfərin əsas məqsədi Azərbaycanın Avropa Gənclər Kartı Assosiasiyasına üzv olması ilə bağlı işlərin aparılmasıdır.

Səfər çərçivəsində qonaqlar Gənclər və İdman naziri Azad Rəhimov ilə görüş keçiriblər. Görüş zamanı gənclər kartının Azərbaycana gətirilməsi, onun bu ölkədə istifadə üsulları müzakirə edilib.
Qeyd edilib ki, bu gün Avropada 30 yaşınadək olan gənclər kitabxana və muzeylərə getdikləri, bir çox dükanlarda alış veriş etdikləri zaman onlara gənclər kartı vasitəsi ilə endirim edilir.

Eyni zamanda qonaqların Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və bir sıra digər gənclər təşkilatları ilə görüşlər keçirməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR