Bank Of Baku

Bakıda “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində sorğu keçirilib

Bakıda “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində sorğu keçirilib
# 29 iyul 2010 10:24 (UTC +04:00)
Bakı – APA. “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorğu keçirib. Birlikdən APA-ya verilən məlumata görə, bu layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının öyrənilməsi ilə bağlı bir neçə sual verilib. Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da ümumi respondentlərin 56 %-ni təşkil edib. Sorğuda iştirak edən 220 (44%) nəfər isə əks cinsin nümayəndələri olub.
“Bu gün bizim milli adət-ənənələrin mövcud durumunu necə dəyərləndirərdiniz?” sualına respondentlərin 139 nəfəri (27,8%) “Bizim milli adət-ənənələrdən çox şey itirilməkdədir”, 44 nəfəri (8,8%) “Bizim milli adət-ənənələrdən çox şey yaşanmaqdadır”, 214 nəfəri (42,8%) “Bizim milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır”, 83 nəfəri (16,8%) “Bizim milli adət-ənənələrimiz tamamilə unudulub” cavablarını qeyd ediblər.
“Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı?” sualına rəyi soruşulanların 272 nəfəri (54,4%) “Bəli”
cavabını verib.
“Toy və yas mərasimlərinin dəbdəbəli keçirilməsinə münasibətiniz necədir?” sualına respondentlərin 179 nəfəri (35,8%) “pis, bu artıq israfçılıqdır və cəmiyyətdə insanlar arasında ayrı-seçkilik yaradır” deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR