Bank Of Baku

Azərbaycanda anomal istilər avqustun əvvəllərinə qədər davam edəcək

Azərbaycanda anomal istilər avqustun əvvəllərinə qədər davam edəcək
# 29 iyul 2010 10:48 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, ölkə ərazisində iyulun 26-dan anomal istilər müşahidə edilir. Yüksək temperaturlar iyulun sonunadək davam edəcək. Mərkəzi Aran rayonlarında hərarətin 42 dərəcəyədək yüksəlməsi gözlənilir. Avqustun ilk günlərində də Azərbaycanda anomal isti hava şəraitinin müşahidə ediləcəyi proqnozlaşdırılır.

A. Verdiyevin sözlərinə görə, iyulun 28-də Azərbaycanda ən yüksək temperatur Kürdəmirdə qeydə alınıb – 42 dərəcə. Ümumilikdə isə iyulun ən isti günləri ayın 11-12-də olub. İyulun 11-də Azərbaycan ərazisində ən yüksək temperatur Culfada müşahidə edilib – 44 dərəcə. İyulun 12-də isə Bakı və Abşeron yarımadasında 40 dərəcə isti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR