Bank Of Baku

Türkiyəli nazir İçərişəhərlə tanış olub

Türkiyəli nazir İçərişəhərlə tanış olub
# 29 iyul 2010 11:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və qoruq ərazisində gəzintisi keçirilib. Qoruq İdarəsindən APA-ya bildiriblər ki, qonaqlara UNESCO-nun “Dünya irsi” siyahısına daxil edilmiş İçərişəhər ərazisində konservasiya üzrə master plan əsasında aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə geniş informasiya verilib.

Qonaqların İçərişəhərlə tanışlığı Bakının rəmzi, dünya əhəmiyyətli abidə olan Qız Qalası ilə başlayıb. Qüllə küçəsi ilə davam edən gəzinti zamanı qonaq Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları və s. ilə tanış edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR