Bank Of Baku

TQDK qəbul imtahanlarında təlimatlara əməl etməyən 200-ə yaxın imtahan nəzarətçisi barədə araşdırma aparır

TQDK qəbul imtahanlarında təlimatlara əməl etməyən 200-ə yaxın imtahan nəzarətçisi barədə araşdırma aparır
# 30 iyul 2010 08:45 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə keçirdiyi mətbuat konfransında bildirib ki, iyulun 30-u saat 10.00-dək müsabiqədə iştirak hüququ olan 187 bakalavr ixtisas seçimi ərizəsini təsdiqləyib.

E. Nağizadə deyib ki, II qrupda yalnız Dövlət Sərhəd Xidməti Akademiyasına boş plan yerləri üçün sənəd qəbulu elan edilib. Bu akademiyanın boş qalan plan yerlərinə iyulun 28-dən sənəd qəbulu başlayıb. Müsabiqədə iştirak etmək istəyənlər avqustun 3-dək müraciət etməlidirlər. Müsabiqədə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplayan abituriyenlər iştirak edə bilər.

E. Nağızadə iyulun 29-dan ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu aparıldığını söyləyib. Magistraturaya qəbulla bağlı apelyasiya komissiyası artıq fəaliyyətini yekunlaşdırır.

Builki qəbul imtahanlarında 4000-ə yaxın imtahan rəhbəri, nəzarətçi iştirak edib. İmtahan nəzarətçilərindən 200-ü qaydalardan kənara çıxaraq təlimata əməl etməyib. Hazırda bununla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR