Bank Of Baku

9 illik təhsil bazasından texnikumlara imtahan avqustun sonunda keçiriləcək

9 illik təhsil bazasından texnikumlara imtahan avqustun sonunda keçiriləcək
# 30 iyul 2010 08:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu avqustun 10-da başa çatacaq. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadən bu qün keçirdiyi mətbuat konfransında bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər elektron ərizə formasını təsdiqləməmişdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması üçün seçmə turda iştirak etməlidirlər. Seçmə turlar mərkəzləşdirilmiş qaydada iyulun 26-dan başlayaraq keçirilir və avqustun 5-dək davam edəcək. İmtahanların isə avqustun son günlərində keçirilməsi nəzərdə tutulur.

E. Nağızadə deyib ki, bu il 47 orta ixtisas təhsili müəssisəsində 9576 plan yeri ayrılıb. Plan yerlərinin 8539-u Azərbaycan, 242-si rus bölməsinə aiddir. 795 plan yeri isə birgə ixtisaslar üçün ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR