Bank Of Baku

Azərbaycan ərazisində kəskin istilər davam edəcək

Azərbaycan ərazisində kəskin istilər davam edəcək
# 30 iyul 2010 10:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 36-39, axşam 27-29, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

İyulun 31-də şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 1-də şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 36-38, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Avqustun 2-də şimal küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-19, gündüz 28-33 dərəcə isti olacaq.

Avqustun 1-2-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 38-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-20, gündüz 30-35 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR