Bank Of Baku

Avqustun 2-dən rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzləri işçilərinin attestasiyasına başlanacaq

Avqustun 2-dən rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzləri işçilərinin attestasiyasına başlanacaq
# 31 iyul 2010 08:48 (UTC +04:00)
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov məlumat verib. Onun sözlərinə görə, attestasiyanın keçirilməsində məqsəd işçilərin tutduqları vəzifələrdə hazırlıq vəziyyətini yoxlamaqdır. Attestasiyanı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun əmri ilə yaradılan komissiya keçirəcək.

N. Qasımov deyib ki, iki ay ərzində bütün işçilər attestasiyadan keçəcək. “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq, attestasiyanın nəticələri əsasında işçilərə qarşı tədbirlər görüləcək. Attestasiyaların nəticələrindən asılı olaraq, işçilərin işdən uzaqlaşdırılması və ya yuxarı vəzifəyə keçirilməsi barədə nazirlik rəhbərliyinə tövsiyələr verilə bilər. Attestasiyadan sonra ehtiyac yaranarsa, işçilər üçün gələcəkdə əlavə təlim kursları da keçiriləcək.

N. Qasımovun bildirdiyinə görə, Əhalinin Sosial Müdafiəsi mərkəzlərinin işçiləri üçün sonuncu attestasiya 10-15 il əvvəl keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR