Bank Of Baku

Bu gün Azərbaycanda ali məktəblərə ixtisas seçimi başa çatır

Bu gün Azərbaycanda ali məktəblərə ixtisas seçimi başa çatır
# 02 avqust 2010 07:46 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya bildirib ki, ixtisas seçimi bu gün saat 24.00-dək davam edəcək. Bu gün saat 10.30-dək 31 894 abituriyent ixtisas seçimi üçün elektron ərizəsini təsdiqlədib, 1300-ə yaxın abituriyent isə hələ ərizəsini təsdiqlətməyib.

E. Nağızadə deyib ki, abituriyentlər ərizələrini İnternetdə təsdiqlətməlidirlər. Bunun üçün abituriyentlərin TQDK-ya gəlmələrinə ehtiyac yoxdur. İxtisas seçimi üçün ərizələrini təsdiqlətməyən abituriyentlərin ali məktəblərə yerləşdirilməsi mümkün olmayacaq.

TQDK ixtisas seçiminin nəticələrini avqustun 5-də elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR