Bank Of Baku

Azərbaycan ərazisində davam edəcək kəskin istilər insanlarda diskomfort yaradacaq

Azərbaycan ərazisində davam edəcək kəskin istilər insanlarda diskomfort yaradacaq
# 02 avqust 2010 08:51 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, axşam 26-29 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 3-də hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.

Avqustun 4-də hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 36-39 dərəcə isti olacaq.

Avqustun 5-də hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27, gündüz 36-39 dərəcə isti olacaq.

Avqustun 3-də Azərbaycanın rayonlarında hava günəşli keçəcək. Şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-19, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 4-də və 5-də hava günəşli keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın üç gün ərzində Abşeron yarımadasında güclü isti diskomfort şəraitin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün risklidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR