Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma və sərinləşdirici içkilərlə bağlı apardığı araşdırmaları yekunlaşdırıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma və sərinləşdirici içkilərlə bağlı apardığı araşdırmaları yekunlaşdırıb
# 02 avqust 2010 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma və sərinləşdirici içkilərlə bağlı apardığı araşdırmaları yekunlaşdırıb. Mərkəzin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, araşdırmalar zamanı “Rast 96” firmasının istehsal etdiyi “Plombir” və “Çətirli” dondurmalarında bağırsaq çöpləri aşkarlanıb. Bununla əlaqədar müəssisə rəhbərliyi cərimələnib. Müəssisədə və yardımçı sahələrdə dezinfeksiya tədbirləri aparılıb və digər sanitar-gigiyenik tədbirlər görülüb. Təkrar analizlərin nəticəsi müsbət olduğu üçün artıq müəssisə fəaliyyətini davam etdirir.

İ. Abdullayev deyib ki, sərinləşdirici içkilərlə bağlı o qədər də nöqsanlar aşkarlanmayıb: “Suraxanı rayonunda fiziki şəxs tərəfindən istehsal olunan sularda bağırsaq çöpləri aşkarlanmışdı. Həmin müəssisədə də yaranan problem yaranan problem aradan qaldırılıb”. İ. Abdullayevin sözlərinə görə, sərinləşdirici içkilərin istehsalı zamanı şüşə butulkalar təkrar istifadə oluna bilər. Amma bu qablar belə hallarda yüksək su şırnağı ilə tam təmizlənməli və dezinfeksiya edilməlidir. Plastik qablar isə təkrar qətiyyən istifadə edilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR