Bank Of Baku

3 və 11-ci sinif şagirdləri üçün yeni “İnformatika” dərsliyi hazırlanıb

3 və 11-ci sinif şagirdləri üçün yeni “İnformatika” dərsliyi hazırlanıb
# 02 avqust 2010 14:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi yeni tədris ilində orta məktəblərin 11-ci sinif şagirdləri üçün yeni “İnformatika” dərsliyi istifadəyə verəcək. Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov APA-ya bildirib ki, artıq yeni dərslik istifadəyə verilib. Yeni dərslik məzmununa görə əvvəlkindən tamam fərqlənir. Əvvəlki “İnformatika” dərsliyi 10-11-ci siniflər üçün nəzərdə tutulmuşdu və müasir dövrün tələblərinə cavab vermirdi.
İ. Sadıqov deyib ki, “İnformatika” dərsliklərinin yeniləşdirilməsi prosesinə 2005-ci ildən V sinif dərsliklərindən başlanılıb. Bu il 11-ci sinif üçün “İnformatika”nın hazırlanması ilə bu dərsliklərin tamamilə yeniləşdirilməsi prosesinə yekun vurulub.

Şöbə müdirinin sözlərinə görə, 3-cü siniflər üçün yeni kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliyi yenidən hazırlanıb. Bu dərslik də sentyabrdan istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR