Bank Of Baku

Dövlət Sərhəd Xidməti Akademiyasının vakant yerlərinə sənəd qəbulu bu gün yekunlaşır

Dövlət Sərhəd Xidməti Akademiyasının vakant yerlərinə sənəd qəbulu bu gün yekunlaşır
# 03 avqust 2010 08:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, müsabiqədə 2010-2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

Vakant yerlərə qəbul üçün qeydiyyatdan keçən abituriyentlər Dövlət Sərhəd Xidməti Akademiyası tərəfindən yaradılan mandat komissiyasında yoxlamadan keçəcəklər. Bu mərhələdə uğur qazanan abituriyentlər Dövlət Sərhəd Xidməti Akademiyasının vakant yerlərinə qəbul üçün müsabiqədə iştirak edəcəklər. Müsabiqədə ən yüksək bal toplayanlar məktəbə yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR