Bank Of Baku

Türk PA-nın baş katibi gənclərlə görüşüb

Türk PA-nın baş katibi gənclərlə görüşüb
# 03 avqust 2010 08:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Ramil Həsənov Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər İttifaqı tərəfindən Lənkəran şəhərində keçirilən “Liderlik məktəbində” gənclərlə görüşüb.
Təşkilatdan APA-ya daxil olan məlumata görə, R. Həsənov görüşdə “Liderlik və inkişaf”, “Gəncliyin şəxsiyyət kimi formalaşması”, “Liderliyə gedən yol” mövzuları üzrə çıxış edib. O, rəhbərlik etdiyi təşkilatın katibliyi, onun məqsədləri haqqında ətraflı məlumat verib. R. Həsənov görüşdə gəncləri maraqlandıran çoxsaylı sualları da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR