Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi Bakı, Sumqayıt və Gəncədə reydlər keçirir

Dövlət Əmək Müfəttişliyi Bakı, Sumqayıt və Gəncədə reydlər keçirir
# 03 avqust 2010 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi vətəndaşların 41 dərəcədən yüksək temperaturda işlədilib-işlədilməməsini yoxlamaq məqsədilə keçirdiyi reyd zamanı qanunsuzluq aşkar etməyib. Bunu APA-ya açıqlamasında Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov deyib. Onun sözlərinə görə, hazırda yoxlamalar davam edir. Reydlər Bakı, Sumqayıt və Gəncədə açıq iş şəraiti olan tikinti sektoru və yol tikintisi aparılan sahələrdə keçirilir. İndiyədək 80-ə yaxın müəssisədə reydlər aparılıb: “İsti günlərdə yol tikintisi aparılan sahələrdə bir necə saat ərzində iş dayandırılıb. Tikintisi aparılan binaların yuxarı mərtəbələrində də işçilərin işləməsi faktları qeydə alınmayıb. Binaların daxilində iş aparılıb ki, bu da qanuni hesab edilir. Çünki binanın daxilində iş açıq şərait hesab edilmir. Oraya kölgə düşürsə, 41 dərəcə isti qeydə alına bilməz”.

M. Məhərov deyib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın hərarəti 41 dərəcədən yüksək olduqda işçilər açıq havada günəş şüası altında işləyə bilməzlər: “Belə günlərdə ya iş dayandırılmalı, ya da işçilərə fasilə verilməlidir. İşçiyə fasilə verilirsə, onun tarif maaşına uyğun əmək haqqı verilməlidir. İş dayandırılırsa, işçiyə işsiz qaldığı üçün tarif maaşının üçdə iki hissəsindən az olmayaraq, pul ödənilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR