Bank Of Baku

"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" keçiriləcək

"Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" keçiriləcək
# 03 avqust 2010 11:03 (UTC +04:00)
Bakı-APA. Avqustun 20-21-də "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyindən bildirilib. Forum Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediləcək. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, Azərbaycanın inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Forumun birinci günü rəsmi hissə (çıxışlar, məruzələr, plenar iclas və qrupda müzakirələr), ikinci günü isə Qəbələyə səyahətdən ibarət olacaq. Forumda iştirak etmək üçün, xaricdə təhsil almaq və ya məzun olmaq şərtdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR