Bank Of Baku

Qubada məktəb polisliyi proqramının təqdimatı keçirilib

Qubada məktəb polisliyi proqramının təqdimatı keçirilib
# 04 avqust 2010 13:31 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Qubada ATƏT-in Bakı ofisinin “Cəmiyyət dəstəkli polis” layihəsi çərçivəsində məktəb polisliyi proqramının təqdimatı keçirilib. APA-nın şimal bürosunun xəbərinə görə, media nümayəndələri üçün təşkil olunan brifinqdə bildirilib ki, layihədə əsas məqsəd məktəblilərlə polis əməkdaşları arasında münasibətlərin möhkəmləndirilməsindən ibarətdir.

ATƏT-in Bakı ofisinin polis müşaviri Xəlil Avcılar deyib ki, ölkənin 12 bölgəsində həyata keçiriləcək bu proqram məktəblilərin pis vərdişlərdən uzaqlaşdırılmasına, eləcə də cəmiyyətlə polis arasında sıx əlaqələrin qurulmasına xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR