Bank Of Baku

Akademik Fuad Qasımzadə ilə vida mərasimi keçirilib

Akademik Fuad Qasımzadə ilə vida mərasimi keçirilib
# 04 avqust 2010 14:18 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz verdiyi deyib. F. Qasımzadənin elmə böyük töhfələr verdiyini deyən nazir bildirib ki, onun əsas tədqiqat sahələri Azərbaycanın fəlsəfi ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olub.

Mərasimində çıxış edən BDU-nun ilahiyyat fakültəsinin dekanı Vasif Məmmədəliyev, , sosial elmlər və psixologiya kafedrasının dekanı Hikmət Əlizadə də F. Qasımzadənin elmi yaradıcılığından söhbət açıblar.

F. Qasımzadənin ailəsi adından çıxış edən Anar Məmmədov akademikə göstərilən diqqətə görə təşəkkür edib.

F. Qasımzadə II Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, F. Qasımzadə 1929-cu il oktyabrın 22-də Bakı şəhərində anadan olub. 1947-ci ildə 1 saylı Bakı şəhər orta məktəbi bitirib. 1947-1952-ci illərdə BDU-nun fəlsəfə fakültəsində oxuyub. 1955-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru adını alıb.

Dövlət tərəfindən bir sıra təltif və mükafatlara layiq görülən akademik 500-dən çox elmi əsərin, 15 kitabın müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR