Bank Of Baku

Türkiyə səfirliyi Azərbaycanın 30-a yaxın mətbuat nümayəndəsini mükafatlandırıb

Türkiyə səfirliyi Azərbaycanın 30-a yaxın mətbuat nümayəndəsini mükafatlandırıb
# 04 avqust 2010 16:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı 30-a yaxın mətbuat nümayəndəsini mükafatlandırıb. APA-nın məlumatına görə, mükafatların təqdim olunma mərasimində çıxış edən səfir Hülusi Kılıc Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və bugünkü vəziyyəti ilə bağlı danışıb. O, Azərbaycanda işlədiyi iki il yarım müddətində mətbuatla sıx təmasda olduğunu deyib: “Media mənim üçün günəş, işıq, körpü və hər şeydir. Media xalqa həqiqətlərin çatdırılmasında, maarifləndirilməsində mühüm rol oynayır. Amma obyektiv olmağı da unutmaq lazım deyil”.

Mükafat alan media nümayəndələri arasında APA-nın baş direktoru Vüsalə Mahirqızı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR