Bank Of Baku

Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi üzrə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycanda ali təhsil müəssisələrinə ixtisas seçimi üzrə müsabiqənin nəticələri açıqlanıb
# 05 avqust 2010 07:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya bildirib ki, nəticələr avqustun 4-də saat 21:00-dan etibarən komissiyanın rəsmi veb-saytında (www.tqdk.gov.az) yerləşdirilib.

Yerləşdirmə barədə məlumatı TQDK-nın saytından, yaxud imtahan kodunu mobil telefonla “İmtahancell” xidməti vasitəsilə 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür. Bundan başqa, nəticələr “Abituriyent” jurnalının avqustun 6-da çıxacaq növbəti sayında da dərc olunacaq.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəmiş abituriyentlərin ixtisas seçimi üçün nəzərdə tutulmuş vaxt avqustun 3-də başa çatıb.

Müsabiqəyə buraxılan 33 mindən çox abituriyentin 32 241 nəfəri ərizəsini təsdiqlədib, 700-ə yaxın abituriyent isə ərizəsini təsdiqlətməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR