Bank Of Baku

Lənkəranda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib

Lənkəranda  “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib
# 05 avqust 2010 13:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbiri Lənkəran ŞİH-nin şöbə müdiri Əlimərdan Əliyev açaraq rayonda dövlət-din münasibətlərinin tənzimlənməsində həyata keçirilən tədbirlərdən, məscidlərdə, ibadətxanalarda mömünlər üçün yaradılmış münbit şəraitdən, dini icmalara dövlət qayğısından danışıb. O, Lənkəran rayonunda 76 məscidin fəaliyyət göstərdiyini, 46 dini icmanın sənədlərinin DQİDK-nə təqdim olunduğunu və idiyədək 24 icmanın qeydiyyata alındığını bildirib.
DQİDK-nin məsul işçisi Nahid Məmmədov isə “Dövlət və din münasibətlərinin tarixi və müasir durum” mövzusunda məruzə ilə çıxış edib. N. Məmmədov Azərbaycanda dini quruculuq və dini etiqad azadlığı sahəsində həyata keçirilən layihələrdən danışaraq dövlətçiliyə, milli-mənəvi dəyərlərə yad olan bəzi təriqətlərin də ölkəyə yol tapmasından narahatlıq hissi ilə söz açıb və hamını belə ünsürlərə qarşı barışmaz olmağa çağırıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, DQİDK–nin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov , yazıçı Hacı Hafiz Mirzə və digərləri müzakirə olunan məsələ barədə fikir və mülahizələrini bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR