Bank Of Baku

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü qeyd olunacaq

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü qeyd olunacaq
# 06 avqust 2010 08:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Avqustun 12—də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü qeyd olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir. Həmin gün ərəfəsində ölkə miqyasında tədbirlər keçiriləcək, görüşlər təşkil olunacaq, həmçinin ərazidə yerləşən yerli idarəetmə orqanlarının, bələdiyyələrin, QHT-lərin, müəssisə və təşkilatların, eləcə də ETSN-nin tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə dəniz sahili ərazilərdə təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Nazirlik Xəzərətrafı rayonların idarə və təşkilatlarını, bələdiyyələri, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam edib və 2003-cü il 4 noyabr tarixində yekun olaraq İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş görüşdə Azərbaycan, İran, Qazaxıstan və Rusiya, həmin ilin 7 noyabr tarixində isə Türkmənistanın səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR