Bank Of Baku

TQDK 600-dən çox bal toplayan abituriyentlərlə bağlı tədbirlər keçirəcək

TQDK 600-dən çox bal toplayan abituriyentlərlə bağlı tədbirlər keçirəcək
# 06 avqust 2010 14:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Komissiyadan APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək. Bunun üçün 600 və daha yüksək bal toplayan gənclər “Abituriyent” jurnalının son sayında və TQDK-nın internet saytında verilmiş anket sorğusunu doldurmalıdırlar. Bununla yanaşı, onlar 1 ədəd 3x4 sm. ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili avqustun 17-dək TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran və ya Quba şəhərində yerləşən Regional Bölməsinə təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR