Bank Of Baku

Yüksək balla ali məktəblərə qəbul olmuş tovuzlu abituriyentlərlə görüş keçirilib

Yüksək balla ali məktəblərə qəbul olmuş tovuzlu abituriyentlərlə görüş keçirilib
# 06 avqust 2010 16:12 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov - APA. Bu gün Tovuz rayon Mədəniyyət Evində rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlərlə görüşüblər. APA-nın qərb bürosunun məlumatına görə, bu il Tovuz rayonunda orta məktəbi bitirən 1386 şagirddən 996 nəfəri ali məktəbə qəbul olmaq üçün sənəd verib, onlardan 450-si ali məktəblərə qəbul olub.

Görüşdə çıxış edən T. Zeynalov tovuzlu məzunların uğurlarını yüksək qiymətləndirib, onları təbrik edib.

Q. Paşayeva isə millətin gələcək inkişafında təhsilin bir nömrəli faktor olduğunu bildirərək, tələbə adını qazanmış abituriyentlərə bundan sonra yaxşı oxumağı tövsiyə edib, onları gənc yaşında Vətən uğrunda həyatını qurban verərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı gizir Mübariz İbrahimovdan örnək götürməyə çağırıb.

Daha sonra Q. Paşayeva M. İbrahimovun ölümündən öncə valideynlərinə yazdığı məktubu oxuyub. Millət vəkili rayon məktəblərinin direktorlarına məktubun artırılmış nüsxələrini və Mübariz İbrahimovun şəkillərinin paylayaraq, hər bir məktəbdə Milli Qəhrəman Mübariz İbrahimov guşəsinin yaradılmasını tövsiyə edib.

Sonra abituriyentlərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Tovuz rayonunda ali məktəbə qəbul olanlardan 14 nəfərinin 600-dən, 81 nəfərinin isə 500-dən çox bal topladığı bildirilir. Rayon üzrə ən yüksək balı isə Aşağı Quşçu kənd orta məktəbinin məzunu Seymur Tağıyev toplayıb. O, II ixtisas qrupu üzrə keçirilən imtahanlarda 660 bal toplayaraq Qafqaz Universitetinə qəbul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR