Bank Of Baku

Masallının Təklə kəndinə təbii qaz verilib

Masallının Təklə kəndinə təbii qaz verilib
# 06 avqust 2010 16:59 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. On beş illik fasilədən sonra Masallı rayonunun Təklə kəndinə təbii qaz verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, yerli ictimaiyyətin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

Təklə kəndinə ilk dəfə təbi qaz xətti keçən əsrin 70-ci illərində çəkilib. Qaz xətlərinin əsaslı təmirindən sonra ilkin mərhələdə kənddə 373 abonentə təbii qaz verilib və onların hamısı sayğacla təmin olunub. Qalan 303 evə isə yaxın günlərdə mavi yanacaq veriləcək.

Ə. Hacıyev çıxış edərək kənd sakinlərinə təbriklərini çatdırıb. “Azəriqaz”ın baş direktoru bütün şəhər və kəndlərin tamamilə qazlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü bildirib.

Sonda açılışın rəmzi olan məşəl alovlandırılıb və bir neçə evə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR