Bank Of Baku

Azərbaycanda su basmış ərazilərdə fərdi yaşayış evləri və sosial obyektlərin bərpasına həsr olunmuş müşavirə keçirilib

Azərbaycanda su basmış ərazilərdə fərdi yaşayış evləri və sosial obyektlərin bərpasına həsr olunmuş müşavirə keçirilib
# 06 avqust 2010 16:59 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidən qurulması ilə bağlı təşkilati məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Belə ki, artıq gələn həftənin bazar ertəsi günündən etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binasının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin isə dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR