Bank Of Baku

Tərtərdə əmək yarmarkası keçirilib

Tərtərdə əmək yarmarkası keçirilib
# 27 avqust 2010 15:21 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunda əmək yarmarkası keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonda fəaliyyət göstərən idarə və müəssisələr yarmarkaya 104 boş iş yeri çıxarıb. Bunlardan 77-si fəhlə, digər 27-si isə qulluqçu ştatları olub.

Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev APA-nın Qarabağ bürosuna bildirib ki, əmək yarmarkasında 250 nəfərdən çox işaxtaran iştirak edib. 101 nəfərə boş iş yerlərinə göndəriş verilib. 5 gündən sonra müraciətçilərin işlə təmin olunub-olunmayacağına dair göstəricilər məlum olacaq. Azər Ağayevin sözlərinə görə, işaxtaranlar əsasən 30-45 yaş arasında olan rayon sakinləridir ki, bu yaş həddi də yarmarkaya çıxarılan vakant iş yerlərində çalışmaq üçün tam əlverişlidir.

Tərtər RİH-in iqtisadi məsələlər üzrə şöbəsindən verilən məlumata görə, hər il rayonda əmək yarmarkası təşkil olunur ki, bu da iş tapmaqda çətinlik çəkən sakinlərin iş yerləri ilə təmin olunmasına müsbət təsir göstərir. Şöbənin təqdim etdiyi göstəricilərə görə, son dörd il ərzində əmək yarmarkasına 9 mindən çox iş yeri çıxarılıb ki, bunun da 4485-i daimi iş yeri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR