Bank Of Baku

Hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsinə yekun vurulub

Hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsinə yekun vurulub
# 28 avqust 2010 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Səbail və Quba rayonlarının icra hakimiyyətləri ilə birlikdə keçirdiyi hərbi-vətənpərvərlik təmayüllü “Şahinlər” yay istirahət düşərgəsinə yekun vurulub. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

İki həftə davam etmiş düşərgədə şəhid, veteran ailələri, imkansız ailələrdən və uşaq evlərindən 176 uşaq iştirak edib. Bu müddətdə uşaqlarda ordu, hərbi xidmət haqqında ilkin təsəvvürlər formalaşdırılıb. Düşərgədə dərslər xüsusi hazırlanmış hərbiləşmiş proqram üzrə aparılıb. Onlar üçün xüsusi səhra çadırları qurulub, hərbi geyimlə təchiz olunub və azyaşlılardan ibarət xüsusi təyinatlı dəstələr də yaradılıb.

Uşaqlar düşərgə müddətində Daxili Qoşunların hərbi hissəsi ilə tanış olub, zabit və çavuşların nəzarəti altında xüsusi proqramlar üzrə hazırlıq keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR