Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda Beynəlxalq İtkinlər gününə həsr olunmuş tədbirlər keçirəcək

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda Beynəlxalq İtkinlər gününə həsr olunmuş tədbirlər keçirəcək
# 28 avqust 2010 11:15 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Qırmızı Aypara Cəmiyyəti (AQAC) ilə birlikdə Azərbaycanın bəzi şəhərlərində 30 Avqust – Beynəlxalq İtkinlər gününə həsr olunmuş tədbirlər keçirəcək. APA-nın BQXK-ya istinadən verdiyi məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Sabirabadda Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin ailələri ilə görüşlər təşkil olunacaq.

BQXK-nın nümayəndəsi Martin Aqure Ohuyya bildirib ki, atəşkəs sazişinin imzalanmasından 16 il keçməsinə baxmayaraq, Azərbaycan tərəfdən itkin düşmüş 4500 nəfərin taleyi barədə hələ də məlumat yoxdur: “Həmin şəxslərin ailələrinin iztirabları çox böyükdür. Onların əksəriyyəti daimi narahatlıq içində yaşayır, hər an yaxınlarından xəbər gözləyirlər”.

Qeyd edək ki, BQXK Azərbaycan hökuməti ilə birlikdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində iş aparır. Komitə AQAC-la birlikdə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumatların toplanması ilə bağlı səyləri artırıb. Məlumatlar toplanaraq 2011-ci ilin ortalarında müvafiq dövlət strukturuna təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR