Bank Of Baku

İranın İmam Хомеyni adına İmdad komitəsi beynəlxalq humanitar təşkilatı Azərbaycanda iftar tədbirləri təşkil edir

İranın İmam Хомеyni adına İmdad komitəsi beynəlxalq humanitar təşkilatı Azərbaycanda iftar tədbirləri təşkil edir
# 28 avqust 2010 11:47 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın İmam Хомеyni adına İmdad Komitəsi Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycanın müxtəlif rayonlarında 7000 nəfərdən ibarət qaçqın və məcburi köçkün, şəhid ailələri, əlil, yetim, tənha və digər aztəminatlı ailələr üçün iftar süfrələri təşkil edilib. Bu barədə APA-ya açıqlamasında Azərbaycan nümayəndəliyinin rəhbəri Mahmud Seyyidi deyib.
O bildirib ki, İmdad Komitəsinin vəzifəsi mübarək Ramazan ayında müxtəlif iftar tədbirləri keçirməklə müəyyən mənada aztəminatlı ailələrə mənəvi dəstək olmaqdır.

M. Seyyidi deyib ki, sentyabr ayının 1-də İmdad Komitəsinin baş ofisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmləri, İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami və digər rəsmilərin iştirakı ilə iftar süfrəsi təşkil ediləcək.
İmdad Komitəsinin fəaliyyət göstərdiyi digər rayon və şəhərlərdə keçirilən iftar mərasimlərində də yerli icra orqanlarının nümayəndələri iştirak edirlər.

Nümayəndəliyin rəhbəri İran xalqının həmişə qardaş Azərbaycan xalqının yanında olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR