Bank Of Baku

“Ekologiya ili” çərçivəsində keçiriləcək “Azərbaycan-Avropa Velosiped Yürüşü” ilə bağlı mətbuat konfransı keçirilib

“Ekologiya ili” çərçivəsində keçiriləcək “Azərbaycan-Avropa Velosiped Yürüşü” ilə bağlı mətbuat konfransı keçirilib
# 28 avqust 2010 17:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Ekologiya ili” çərçivəsində keçiriləcək “Azərbaycan-Avropa Velosiped Yürüşü” ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, bu ekoloji tədbir 28 avqust - 6 sentyabr tarixlərində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək. Onun sözlərinə görə, “Azərbaycan-Avropa Velosiped Yürüşü”ndə 33 həvəskar velosipedçi yarışacaq. Bakıdan başlayacaq yürüş Gəncədə bitəcək. Tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və velosipedçilər iştirak edəcək. Yürüş iştirakçıları hər gün 50 kilometr məsafə qət edəcəklər. A. Əzimov bildirib ki, aksiyanın hər il keçiriləcəyi də nəzərdə tutulub.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycan dövlətin ekologiya ilə bağlı siyasəti haqqında danışıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idman sahəsində həyata keçirilən layihələr barədə məlumat verib. İ. İsmayılov, həmçinin qeyd edib ki, yürüşdə Araz Əzimov da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR