Bank Of Baku

Yerin təkindən qanunsuz istifadə edən 6 nəfərin hər biri 600 manat cərimələnib

Yerin təkindən qanunsuz istifadə edən 6 nəfərin hər biri 600 manat cərimələnib
# 30 avqust 2010 07:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları yerin təkindən istifadə zamanı qanunvericiliyin tələblərinin icra vəziyyətini yoxlamaq məqsədilə reyd keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, reyd zamanı 6 nəfərin yerin təkindən qanunsuz istifadə etdiyi müəyyənləşdirilib.
Xəzər rayonu Pirallahı qəsəbəsi ərazisində yerin təkindən qanunsuz istifadə etdiklərinə görə 2, Mərdəkan çimərliyi ərazisində 1, Abşeron rayonu Fatmayı - Goradil bağları ərazisində 1, Sabunçu rayonu Pirşağı qəsəbəsi Xəzər sahili ərazidə 2 nəfər fiziki şəxs inzibati qaydada 600 manat məbləğində cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR