Bank Of Baku

Meksikada keçirilən Dünya Gənclər Konfransı başa çatıb

Meksikada keçirilən Dünya Gənclər Konfransı başa çatıb
# 30 avqust 2010 08:39 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi etdiyi nümayəndə heyətinin də qatıldığı Dünya Gənclər Konfransı sona çatıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dünya Gənclər Konfransı avqustun 23-də Meksikanın Leon şəhərində BMT tərəfindən 12 avqust 2010-12 avqust 2011-ci il müddətində elan edilmiş Gənclər İli çərçivəsində keçirilib. Konfrans BMT-nin Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNİCEF), Qadınların İnkişafı Fondu (UNİFEM) və İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Meksika Hökuməti tərəfindən keçirilir. Milli Komitə Meksikanın Xarici Əlaqələr, İctimai Təhsil Nazirlikləri və ölkənin gənclər siyasətini həyata keçirən Meksika Gənclər İnstitutu tərəfindən idarə olunur.
Dünya Gənclər Konfransının keçirilməsində əsas məqsəd – hökumət və gənclərin qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə müzakirəsi ilə beynəlxalq səviyyədə müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinə (MDG) nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyən etmək, ölkələr və gənclər sahəsinin əsas iştirakçıları arasında əlaqələri gücləndirilməkdir.
Təşkilat Komitəsindən verilən məlumata əsasən Dünya Gənclər Forumuna bütövlükdə təxminən 110 ölkədən 3500 nəfərə qədər insan qatılıb. Bu, ölkələrin gənclər sahəsinə cavabdeh hökumət rəsmiləri və mütəxəssisləri, gənclərin qeyri-hökumət nümayəndələri, beynəlxalq təşkilatlar və elmi tədqiqat institutlarının nümayəndələri olub. Konfrans 2 hissədə təşkil edilib: İctimai (gənclər) Forumu və Hökumət Forumu.
Hökumət Forumunun rəsmi açılışında Alonso Lühambia - Meksikanın Təhsil naziri və Meksika Prezidentinin Konfransda rəsmi nümayəndəsi, Priscila Vera Hernandez – Meksika Gənclər İnstitutunun Baş direktoru, BMT-nin Əhali Fondunun İcraçı direktorunun müavini – Purnima Mane, Meksikanın Quanaxuato ştatının qubernatoru və s. rəsmilər çıxış ediblər.
Tədbirdə Ermənistanın Azərbaycana təcavüzü haqqında iştirakçılara məlumat verilib.
İkitərəfli beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Dünya Gənclər Konfransı çərçivəsində Azərbaycan gənclər və idman nazirinin müavini İ. Babayev Meksika Gənclər İnstitutunun Baş direktoru xanım P. Hernendezlə görüş keçirib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR