Bank Of Baku

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunun iştirakçıları PA-nın şöbə müdiri Elnur Aslanovla görüşüblər

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumunun iştirakçıları PA-nın şöbə müdiri Elnur Aslanovla görüşüblər
# 30 avqust 2010 10:55 (UTC +04:00)
Bakı-APA. Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu (ASAIF) keçirilib. APA-nın xəbərinə görə, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Azərbaycan Prezident Administrasiyasının (PA) Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 ölkədən olan 30 forum iştirakçısı ilə görüşüb. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Administrasiya rəsmisi qeyd edib ki, keçirilmiş forum uğurlu bir layihə kimi qiymətləndirilir. Forumun daha təşkilatlanmış və səmərəli işinin təşkilində dövlət istənilən köməklik göstərməyə hazırdır. Həmçinin qeyd edilib ki, xaricdə təhsil almağa gedən azərbaycanlı gənclərin məqsədi yalnız təhsil deyil, eyni zamanda Azərbaycanın xaricdəki nüfuzunu artırmaq, lobbiçilik və diaspora fəaliyyətində təşkilatlanmış şəkildə fəal olmaqdır. O cümlədən, xaricdə təhsil alan gənclərin gələcəkdə kadr potensialını təşkil etmək məqsədi ilə onların vahid məlumat bazasının qurulması vacibdir. Bu təşkilat xaricdə təhsil alan gənclərin maraqlarına xidmət etməli, onların xaricdə səmərəli fəaliyyəti istiqamətində görəcəkləri işlərdə dəstək funksiyasını yerinə yetirməlidir. Daha sonra qeyd edilib ki, təşkilatın fəaliyyətinin daha effektiv qurulması üçün ölkələr üzrə deyil, şəhərlər üzrə koordinasiya işlərinə üstünlük verilməlidir. Qurulacaq təşkilatın ilkin fəaliyyət istiqaməti olaraq xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclər üçün vahid veb portalın qurulması nəzərdə tutulub. Bu veb portal vasitəsilə dünyanın bir çox ölkəsində təhsil alan, o cümlədən artıq məzun olmuş gənclərin aktiv informasiya mübadiləsi və şəbəkələşməsi təmin ediləcək. Eyni zamanda forumun sonrakı toplantısının növbəti aylarda Avropanın aparıcı şəhərlərindən birində keçirilməsinə qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR