Bank Of Baku

Azərbaycanın Ucar rayonunda unun qiyməti qalxıb, çörəyin isə çəkisi düşüb

Azərbaycanın Ucar rayonunda unun qiyməti qalxıb, çörəyin isə çəkisi düşüb
# 30 avqust 2010 14:13 (UTC +04:00)
Ucarda 50 kiloqramlıq kisələrdə satılan unun qiyməti son 3 ayda 3-4 manat, son 10 gündə isə 2 manat artıb.

İndiyə kimi 50 kiloqramlıq un 15 manata satılırdısa, indi isə 18-19 manat olub. Un satışı ilə məşğul olan mağaza sahibləri bahalaşmanı dəyirmanlarda unun qiymətinin qalxması ilə izah edirlər.

Unun qiymətinin qalxması isə çörəyin qiymətində və keyfiyyətində deyil, çəkisinə təsir edib. Əvvəllər 500-600 qramlıq çörək 30 qəpiyə satılırdısa, indi bu qiymətə satılan çörəklərin çəkisi 350-400 qrama düşüb.

Bəzi çörək bişirmə sexlərində çəki daha da azalıb. Bu isə alıcıların narazılığına səbəb olub.

Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, çörəyin çəkisinin azaldılması barədə məlumatsızdırlar, belə bir hal bas veribsə, tezliklə aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR