Bank Of Baku

Azərbaycan və Gürcüstanın birinci xanımlarının birgə təşəbbüsü ilə valideyn himayəsindən məhrum yeniyetmələrinin qarşılıqlı səfərləri təşkil olunacaq

Azərbaycan və Gürcüstanın birinci xanımlarının birgə təşəbbüsü ilə valideyn himayəsindən məhrum yeniyetmələrinin qarşılıqlı səfərləri təşkil olunacaq
# 30 avqust 2010 14:23 (UTC +04:00)
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Gürcüstanın 20 nəfərlik nümayəndə heyəti sentyabrın 1-də Bakıda qarşılanacaq. Qonaqlar əvvəlcə Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edəcək, Heydər Əliyev Fondundakı görüşdən sonra proqrama daxil olan tarixi-mədəni və görməli yerlərlə tanış olacaqlar.

Gürcüstanlı yeniyetmələr İçərişəhər, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan kimi tarixi yerlərə, eləcə də Müasir İncəsənət Muzeyinə ekskursiyalar edəcək, 1 saylı Uşaq evinin yay düşərgəsində həmyaşıdları ilə tanış olacaqlar.

10 günlük proqram çərçivəsində nümayəndə heyəti Qəbələ, Şəki və İsmayıllıya səfər edəcək. Həmin günlər qonaqlar Azərbaycan təbiəti və region həyatı ilə daha yaxından tanış olacaq, tarixi yerlərə səyahət edəcəklər. Aktiv istirahət məqsədilə yeniyetmələr arasında idman yarışlarının təşkili və asudə vaxtın daha maraqlı keçirilməsi nəzərdə tutulur.

Ölkələrarası razılaşmaya görə, Azərbaycan yeniyetmələrindən ibarət nümayəndə heyətinin Gürcüstana səfəri noyabr ayında həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR